Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb.Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir.
== Süjet ==
Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir. Əsər tarixi faktlarla zəngindir, gerçəkləri ehtiva edir, həmçinin şair tərəfindən tarixi vəsiqələrə obyektiv münasibət gözlənilməklə bərabər mövzuya təəssübkeşliklə yanaşılıb.